"Yuventus" gənc ulduzla 5 illik müqavilə bağladı
İtaliyanın "Yuventus" klubu Kerim Alaybeqoviçin transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi 18 yaşlı bosniyalı cinah oyunçusu ilə 5 illik müqavilə imzalayıb.
"Yuventus" daha əvvəl Almaniyanın "Bayer" (Leverkuzen) klubu ilə futbolçunun transferi barədə razılıq əldə etmişdi. Məlumata görə, keçid üçün 33 milyon avro əsas məbləğ, 2 milyon avro bonus ödəniləcək.
Qeyd edək ki, Kerim Alaybeqoviç ötən mövsümü icarə əsasında Avstriyanın "Zaltsburq" klubunda keçirib. O, bütün turnirlərdə 39 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə verib və Bosniya və Herseqovina millisinin əsas üzvüdür.

https://qelebe.az//uploads/photo/quotyuventusquot-genc-ulduzla-5-illik-muqavile-bagladi.webp