“Qəbələ”dən qapıçı transferi
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
QELEBE.AZ xəbər verir ki, bölgə təmsilçisi "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən “Beroe”nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın “Fortaleza”, “Quarani” və “Sao Kaetano” komandalarının da formasını geyinib.

https://qelebe.az//uploads/photo/qebeleden-qapichi-transferi.webp