“Neftçi” Tokio mərhələsində mübarizəni dayandırıb

“Neftçi” Tokio mərhələsində mübarizəni dayandırıb

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Tokio mərhələsində “Neftçi”nin çıxışı başa çatıb.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi qrup mərhələsinin son oyununda Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.

Hər iki görüşdə qələbə qazanan “Neftçi” qrup lideri kimi 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib Çinin “Beijing” klubu olub.

Gərgin keçən qarşılaşmada Azərbaycan təmsilçisi 17:20 hesabı ilə məğlub olaraq Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurub.