U-17 DÇ: Azərbaycanın 6 güləşçisindən 3-ü məğlub olub - YENİLƏNİR

U-17 DÇ: Azərbaycanın 6 güləşçisindən 3-ü məğlub olub - YENİLƏNİR

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir. 

Apasport.az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Onlardan üçü artıq məğlubiyyətlə üzləşib.

71 kq çəki dərəcəsində çıxış edən Turan Quliyev təsnifat mərhələsində qazaxıstanlı Adilet Risbaya 2:3 hesabı ilə uduzub.

48 kq-da Hüseyn Rzazadə ikinci təsəlliverici görüşdə ABŞ təmsilçisi Kuper Deputiyə 1:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

92 kq çəki dərəcəsində yarışan Elgün Kərimli isə təsnifat mərhələsində Hindistan təmsilçisi Sakşam Fnu ilə qarşılaşıb. Görüş 5:5 hesabı ilə başa çatsa da, təmsilçimiz sonuncu xal prinsipinə əsasən məğlub olub.

Digər güləşçilərimizdən Tunar Həsənov (45 kq), İbrahim Həsənov (51 kq) və Elcan Həsənov (60 kq) 1/8 final mərhələsində mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi indiyədək U-17 dünya çempionatında 6 medal qazanıb. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.