Cüdo üzrə Liqa yarışının III turu başa çatıb

Cüdo üzrə Liqa yarışının III turu başa çatıb

İyulun 31-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb. 

QELEBE.AZ xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 154 cüdoçu qüvvəsini sınayıb.

Qızlar -48 kq, -63 kq; oğlanlar isə -60 kq, -81 kq, +90 kq çəki dərəcələrində mübarizə aparıb. 

Yarışda ümumilikdə 83 klub və idman cəmiyyətindən 548 cüdoçu (433 oğlan, 115 qız) iştirak edib. 

Mükafatçıları təqdim edirik:

Qızlar

48 kq
1. Fatimə Fərmanzadə (RKİM)
2. Gilas Hüseynova (RKİM)
3. Mədinə Hüseynova (Saray İK)
3. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

63 kq
1. Zilan Hüseynli (Şağan OİK)
2. Səma Vəlizadə (Neftçi Sumqayıt)
3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)

Oğlanlar

60 kq
1. İlham Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
3. Ayxan Abbaszadə (Goranboy UGİM)
3. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nemət Ələsgərov (Qəbələ İK şəhər)
3. Oktay Bəndəliyev (Arifoğlu İK)
3. Ömər Atayev (Judo Club 2012)

+90 kq
1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Nazim Ağayev (FHN İSK)
3. Ruslan Kazımlı (Gəncə şəhəri 1 nömrəli UGİŞM)