U-17 DÇ: Nuray Cəfərli 1/4 finalda uduzdu

U-17 DÇ: Nuray Cəfərli 1/4 finalda uduzdu

Azərbaycanın qadın güləşçisi Nuray Cəfərli Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəyə başlayıb.

QELEBE.AZ xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Macarıstan təmsilçisi Vivyen Sentpalaya 8:10 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı avqustun 2-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.