DÇ: Abdurrahman Hüseynli finalda!

DÇ: Abdurrahman Hüseynli finalda!

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Gürcüstan təmsilçisi Saba Abaşidzeyə 9:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Abdurrahman Hüseynli sabah qızıl medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, təmsilçimiz buna qədər təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı hər iki görüşdə 9:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda isə Ermənistan güləşçisi Gevorq Harutyunyan üzərində 6:4 hesablı qələbə qazanıb.