Abdurrahman Hüseynli yarımfinalda: Erməni rəqibini məğlub etdi

Abdurrahman Hüseynli yarımfinalda: Erməni rəqibini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Ermənistan təmsilçisi Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.

Hüseynli buna qədər təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda isə əlcəzairli Lyes Bumazanı hər iki görüşdə 9:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.