“Çelsi” qocalar evinə çevrilir" – Azarkeşlərdən sərt reaksiya

“Çelsi” qocalar evinə çevrilir" – Azarkeşlərdən sərt reaksiya

İngiltərənin "Çelsi" klubu yay transfer dövründə iki təcrübəli futbolçu ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London təmsilçisi hazırda "Brayton"un 35 yaşlı hücumçusu Denni Uelbek və "Brentford"un 36 yaşlı yarımmüdafiəçisi Cordan Hendersonu transfer siyahısına daxil edib.

"Çelsi"nin Denni Uelbek və Cordan Hendersonla maraqlanması sosial şəbəkələrdə azarkeşlər arasında birmənalı qarşılanmayıb.

Klub rəhbərliyi sosial şəbəkələrdə yaşlı futbolçulara üstünlük verdiyi üçün tənqid olunub və bəzi azarkeşlər komandanın "qocalar evinə çevrildiyini" iddia ediblər.