Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu

Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu

Serbiya Superliqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Azərbaycana səfər çərçivəsində Darko Ramovs PFL prezidenti Elxan Səmədovla görüş keçirib. Tərəflər Serbiya Superliqası ilə PFL arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı həmçinin hər iki ölkədə keçirilən liqaların strukturu, yarışların təşkili və peşəkar liqaları maraqlandıran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Darko Ramovs görüşün sonunda PFL-in fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan futboluna gələcək yarışlarda uğurlar arzulayıb.