dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edəcək
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda ölkəmizdən 4 referi ədaləti qoruyacaq.
Bunlar I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifovdur.
Qeyd edək ki, U17 dünya çempionatının görüşlərini ümumilikdə 68 hakim idarə edəcək.

https://qelebe.az//uploads/photo/dunya-chempionatinda-azerbaycani-dord-hakim-temsil-edecek.webp