Stefano Sensi: "Qarabağ" güclü rəqibdir"

Stefano Sensi: "Qarabağ" güclü rəqibdir"

Bolqarıstanın ÇSKA (Sofiya) klubunun yarımmüdafiəçisi Stefano Sensi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirilən ilk oyunu dəyərləndirib.

Apasport.az xəbər verir ki, italiyalı futbolçu 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra "gong.bg" portalına açıqlamasında cavab görüşü barədə də danışıb.

"Komanda olaraq yaxşı çıxış etdik və layiqli oyun göstərdik. Asan deyildi, çünki "Qarabağ" çox güclü rəqibdir. İndi tez bir zamanda özümüzə gəlməliyik. Qarşıda "Botev"lə liqa oyunumuz var və həmin matçda əlimizdən gələni etməliyik. Özümüzə inanmalıyıq, çünki çox yaxşı futbolçuları olan güclü komandamız var. Bu heç-heçəyə layiq idik. Futbol futboldur və top hər iki komanda üçün eynidir. Ən vacibi intizam və meydanda necə davranmağımızdır. Azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmlidir. İndi liqa matçına yaxşı hazırlaşmalı, sonra isə "Qarabağ"la cavab görüşündəki mübarizəyə hazır olmalıyıq".

Qeyd edək ki, "Qarabağ" - ÇSKA (Sofiya) cütünün cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. İlk qarşılaşma qolsuz bərabərliklə başa çatıb.