Daha 3 il “Bavariya”da - RƏSMİ

Daha 3 il “Bavariya”da - RƏSMİ

“Bavariya” futbolçusu Konrad Laimerin müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Avstriya millisinin yarımmüdafiəçisi ilə yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Laimer 2023-cü ildən “Bavariya”nın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxaraq 3 qol vurub və 13 məhsuldar ötürmə verib.