“Neftçi SOCAR” mübarizəni dayandırdı

“Neftçi SOCAR” mübarizəni dayandırdı

Qadınlardan ibarət “Neftçi SOCAR” 3x3 basketbol komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Sloveniya yığması ilə qarşılaşıb.

Görüş rəqibin 13:10 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi SOCAR” qrup mərhələsində bundan əvvəl iki oyun keçirib. Komanda Çexiyanın “Praqa” klubuna 18:14 hesabı ilə qalib gəlib, Litva millisinə isə 16:21 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Bakı təmsilçisi 1/4 finala vəsiqə qazanıb. 

Sloveniya ilə qarşılaşmadakı məğlubiyyətdən sonra “Neftçi SOCAR” Bakı mərhələsində çıxışını başa vurub.