Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sabah”la səfər oyununda sensasiya edib

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sabah”la səfər oyununda sensasiya edib

Azərbaycan Premyer Liqasında XXIII turun oyunları davam edir.

“Report”un məlumatına görə, günün ilk görüşü “Sabah” və “Turan Tovuz” komandaları arasında keçirilib.

“Sabah” matçın favoriti sayılsa da, gözlənilmədən hesabı 11-ci dəqiqədə qonaqlar açıblar. Natan Oduva qapıçı ilə təkbətək dueldə toru silkələyib. “Turan Tovuz” 35-ci dəqiqədə fərqi iki topa çatdırmağa çox yaxın olub. Lakin təyin olunan penaltini Ayxan Quseynov dəqiq yerinə yetirə bilməyib. Bakılıların baş məşqçisi Murad Musayev hakimin penalti qərarına kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.

Quseynov bunun əvəzini ikinci hissədə çıxıb. Rusiyalı yarımmüdafiəçi 64-cü dəqiqədə adını tabloya yazdırmağı bacarıb. Bu, qarşılaşmada vurulan son qol olub və “Turan Tovuz” “Sabah”la səfər oyununda sensasiya edərək, 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 26-ya yüksəldən “Turan Tovuz” altıncı pillədəki mövqeyini möhkəmlədib. “Sabah” isə 53 xalla ikinci yerdə qalıb.

Qeyd edək ki, turun başa çatan oyunlarında “Kəpəz” “Şamaxı”nı (3:2), “Qəbələ” “Sumqayıt”ı (2:1), “Neftçi” isə “Səbail”i (3:0) öz meydanında məğlub edib. “Zirə” – “Qarabağ” matçı saat 19:00-da başlayacaq.

17:10

“Sabah”ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alıb.

“Report”un məlumatına görə, buna səbəb Premyer Liqanın XXIII turunda “Turan Tovuz”la görüşün 35-ci dəqiqəsində bakılıların qapısına penalti təyin edilməsi olub.

Baş hakim Kamal Umudluya etirazını sərt şəkildə bildirən rusiyalı mütəxəssis ardıcıl iki sarı vərəqə ilə texniki zonadan qovulub. Əsəblərini cilovlaya bilməyən Musayevi “Sabah”ın məşqçiləri və futbolçuları çətinliklə sakitləşdiriblər. Penalti zərbəsini isə Ayxan Quseynov dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, “Sabah” – “Turan Tovuz” oyununda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

15:35

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, Günün ilk görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək.

Saat 16:30-da start götürəcək matçda hər iki komandanın start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 19. Runi Eva, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

Futbol
"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Futbol
DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”