Selcan Mahsudova: "Finalda bundan da yaxşı nəticə göstərəcəyəm"

Selcan Mahsudova: "Finalda bundan da yaxşı nəticə göstərəcəyəm"

"Finalda bundan da yaxşı nəticə göstərəcəyəm".

Bunu "Report"a açıqlamasında batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

Qadınlar arasında fərdi təsnifatda 53.370 xalla finala yüksələn 20 yaşlı idmançı yeni proqramda çıxış etdiyini xatırladıb. Mahsudova ikinci cəhdə ehtiyac duymamasının səbəbini də izah edib: "Proqramım yeni idi. Bu, iki dəfə üçlü saltodan ibarətdir. Bunu rahat keçə bildiyim üçün sevinirəm. Məşqçi ilə məsləhətləşdik və birlikdə qərara aldıq ki, ikinci dəfə batut üzərinə çıxmağa ehtiyac yoxdur".

Mahsudova təsnifatda ən yaxşı nəticə göstərən braziliyalı gimnastları həlleci yarışda üstələyəcəyinə inanır: "Finala vəsiqə qazanan bütün rəqiblərimə hörmətlə yanaşıram. Braziliyalı gimnastlar çox güclüdürlər. Amma finalda onları keçəcəyimə inanıram".

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun 8 idmançı arasında keçiriləcək final raundu fevralın 19-da olacaq.

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Fərdi
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Fərdi
Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək