I Liqa klubundan növbəti transfer - RƏSMİ

I Liqa klubundan növbəti transfer - RƏSMİ

“Şahdağ Qusar” 2026/27-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, komanda Həzrət İsayevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, İsayevin son klubu “İmişli” olub.