FHN-də yarışlarda uğur qazanmış yeniyetmə və gənc idmançılarla görüş keçirilib

FHN-də yarışlarda uğur qazanmış yeniyetmə və gənc idmançılarla görüş keçirilib

FHN-in İdman-sağlamlıq klubunda respublika və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmış Nazirliyin idmançıları ilə görüş keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda qazandıqları qələbələr münasibətilə idmançıları təbrik edib. F.Musayev onlara gələcək böyük turnirlərdə və beynəlxalq yarışlarda yeni-yeni uğurlar qazanmağı arzu edib.

Qeyd edək ki, 23-25 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində taekvondo üzrə yeniyetmə, gənc və böyüklər arasında keçirilən “Altay” çempionatında FHN-in taekvondo üzrə gənclərdən ibarət yığma komandasının üzvü Nilufər Borji uğurlarının sayını artırıb. Məşqçi - müəllim Sənan Haşımlının rəhbərliyi ilə 49 kq çəki dərəcəsində üç döyüş keçirən Nilufər Borji gümüş medalın sahibi olub, həmçinin bu il “Belgium Open” turnirinin qızıl mükafatına layiq görülüb.

Bundan əlavə, 18-21 iyun tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gəncə Olimpiya İdman Kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında XXX Azərbaycan birinciliyi keçirilib. Respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətlərindən 82 klubu təmsil edən 700-ə yaxın idmançının qatıldığı birincilikdə FHN-in gənc və yeniyetmə idmançıları məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında uğurlara imza atıblar.

Oğlanlar arasında +91 kq çəki dərəcəsində üç döyüş keçirən Əli Nəcəfov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvləri, 48 kq çəki dərəcəsində Həsənəli İsgəndərli gümüş, 51 kq çəki dərəcəsində Əli Aslanov isə bürünc medalın sahibi olublar. Qızlar arasında isə 52 kq çəki dərəcəsində Yağmur Şahniyarova, 40 kq çəki dərəcəsində Ayan Əliyeva gümüş, 37 kq çəki dərəcəsində Mehparə Əsgərova bürünc medala yiyələnməyi bacarıblar.

Tədbir zamanı yarışda uğur qazanmış idmançılar, kikboksinq yarışında hakimlik edən Eyvaz Əliyev FHN-in İdman-sağlamlıq klubunun təsis etdiyi fəxri diplomla təltif ediliblər.

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - FOTOLENT

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - FOTOLENT

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Döyüş növləri
Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Döyüş növləri
Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb