Kanada tarix yazdı - İlk dəfə DÇ-da 1/8 finala yüksəldi
Kanada millisi tarixində ilk dəfə dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
QELEBE.AZ xəbər verir ki, Şimali Amerika təmsilçisi DÇ-2026-nın 1/16 finalında Cənubi Afrika Respublikasını 1:0 hesabı ilə məğlub edib.
Bu qələbə ilə Kanada mundial tarixində ilk dəfə pley-off mərhələsində mərhələ adlayıb.
Qeyd edək ki, Kanada 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/kanada-tarix-yazdi-ilk-defe-dch-da-18-finala-yukseldi.webp