“Turan Tovuz”un yay hazırlıq planı BƏLLİ OLDU
“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.
QELEBE.AZ xəbər verir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

https://qelebe.az//uploads/photo/turan-tovuzun-yay-hazirliq-plani-belli-oldu.webp