Tahir Gözəl: "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu"

Tahir Gözəl: "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu"

"Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner "köhlən atlar"ın Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdığını bildiirb: "Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq".

O, oyundan razı qaldığını söyləyib: "Bilirsiniz ki, komandada çox dəyişikliklə baş verdi. Gedən, zədə səbəbindən oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, "Qarabağ" bu gün heç bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq. Komandanın artıq ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə xalqımıza təsəlli olsun".

T.Gözəl "Qarabağ"ın 1/8 finala yüksəlmək şanslarınım da dəyərləndirib: "Bugünkü oyuna baxanda insan ümidlənir. Rəqibin çox sürətli əks hücumları var. Dinamikalı komandadır. Səfər matçında diqqətli olmalıyıq. Yeni transferlərimiz komandaya yanvarda qoşulublar. Hesab edirəm ki, cavab oyunu öncəsi 1 addım öndəyik. Oradan yaxşı nəticə ilə qayıdacağımıza inanıram".

Klub prezidenti bu qələbəni Türkiyə xalqına həsr edib: "Allah ölənlərə rəhmət eləsin, sağ qalanlara şəfa versin. Bu da bizim Türkiyəyə mənəvi hədiyyəmiz olsun".

O, Kadi Borgeslə Kvabena Ovusunun qış fasiləsində "Qarabağ"ı tərk etməsinə də toxunub: "Burada əsas məsələ futbolçuların özü ilə bağlıdır. Kimsə qalmaq istəmirsə, onu saxlamaq mümkün deyil. Bunun qarşısını almaq üçün oyunçulara çətinliklər yaradırıq. Məsələn, Kadiyə deyirik ki, hansısa klub səni istəsə, minimum 5 milyon avro təzminat ödəməlidir. Müqavilələrə bizə üstünlük yaradan bəndlər salırıq ki, futbolçular komandanı tərk etməsinlər. Amma bir klub çıxıb deyir ki, mən 5 milyonu da verərəm, Kadinin "Qarabağ"da qazandığı maaşın 4 mislini də. Bakıdan Dubaya uçanda təsadüfən təyyarədə Kadi ilə rastlaşdım. "Qarabağ"ın necə klub olduğunu soruşdum. Cavab verdi ki, ora mənim heç vaxt unutmayacağım doğma evimdir. Qurban Qurbanovun insanlığından, bacarığından, liderliyindən danışdı. Dedi ki, sizi heç vaxt unutmayacağam. "Qarabağ"ı əsl komanda edən məhz budur. Bu ruh, bu mənəviyyat bizdə olduğu müddətdə komandamıza gələn yeni futbolçular burada inkişaf edəcəklər. "Qarabağ"ın artıq Avropanın ən böyük 50 klubundan biridir. Bu şəkildə davam edəcəyik".

Redon Cica, Adama Diakabi və Yassin Benzianın çıxışından da söz açan T.Gözəl yeni transferlərə qısa zamanda qiymət verməyin asan olmadığını bildirib: "Düzdür, razı qaldım. Amma 100 faiz deyil. Onlara vaxt lazımdır. Oyuna böyük həyəcanla baxdım. Çünki bir tərəfdə yenilənmiş "Qarabağ", digər tərəfdə isə yaxşı əks hücumlara çıxan "Gent" var idi. Sevinirəm ki, hər şey bizim üçün yaxşı qurtardı".

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

Futbol
Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
Mbappe Messinin rekordunu qırıb

Mbappe Messinin rekordunu qırıb