Cüdoçumuzdan Çin Qran-Prisində bürünc medal
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi medal hesabını açıb.
QELEBE.AZ xəbər verir ki, Əhməd Yusifov (-60 kq) bürünc mükafata yiyələnib.
Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.
Qeyd edək ki, sabah daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq.

https://qelebe.az//uploads/photo/cudochumuzdan-chin-qran-prisinde-burunc-medal.webp