PSJ-nin futbolçusu Çempionlar Liqasının tarixinə düşüb
Fransanın PSJ klubunun futbolçusu Varren Zair-Emri UEFA Çempionlar Liqasının tarixinə düşüb.
"Report"un məlumatına görə, yarımmüdafiəçi buna Almaniya "Bavariya"sına qarşı 1/8 final mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub.
Zair-Emri qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində iştirak edən ən gənc oyunçu adına sahib çıxıb. Fransalı futbolçu bunu 16 yaş 343-cü günündə bacarıb.
Qeyd edək ki, qarşılaşma Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Bavariya" və PSJ arasındakı cavab görüşü martın 8-də olacaq.

https://qelebe.az//uploads/photo/psj-nin-futbolchusu-chempionlar-liqasinin-tarixine-dushub.webp











