"Şamaxı" klubu məşqlərin Bakıda keçirilməsi ilə bağlı açıqlama yayıb

"Şamaxı" klubu məşqlərin Bakıda keçirilməsi ilə bağlı açıqlama yayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" məşqlərinə Bakıda davam etməsi ilə bağlı suallara aydınlıq gətirib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Klub son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraitii ilə əlaqədar əsas komandanın hazırlıqlarını paytaxtda davam etdirdiyini xatırladıb: "Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur.Buna baxmayaraq məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq əvvəlki qaydada hazırlıqlarına davam edəcək".

"Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik", - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, "Şamaxı" fevralın 17-də XXIII turda Gəncədə "Kəpəz"in qonağı olacaq.

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Futbol
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

Futbol
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

Futbol
Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək