İraq əsilli hakim 3-cü dəfə Azərbaycan komandasının oyununu idarə edəcək

İraq əsilli hakim 3-cü dəfə Azərbaycan komandasının oyununu idarə edəcək

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə ilk oyununu idarə edəcək Məhəmməd Al-Hakim karyerasında üçüncü dəfə Azərbaycan komandasının matçında ədalət təmsilçisi olacaq.

“QELEBE.AZ”un məlumatına görə, İraq əsilli referi hər iki halda Azərbaycan təmsilçisinin səfər görüşündə fit çalıb.

Al-Hakim ilk olaraq 2019/2020 mövsümündə məhz "köhlən atlar"ın matçına təyinat alıb. Ağdam təmsilçisinin 2019-cu il noyabrın 28-də İspaniya “Sevilya”sı ilə səfərdə keçirdiyi qarşılaşmada iş başında olan 38 yaşlı referi meydan sahiblərinin 2:0 hesablı qələbəsinə şahidlik edib. Maraqlıdır ki, o, həmin görüşdə əlini bir dəfə olsun cibinə atmayıb.

Məhəmməd Al-Hakim UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə Belarus – Azərbaycan oyununda da ədaləti qoruyub. Ancaq bu dəfə 8 sarı, 1 qırmızı vərəqədən istifadə etməli olub. Yığmanın heyətində Cəlal Hüseynov, Azər Salahlı, Namik Ələskərov və Qara Qarayev sarı vərəqə alıbsa, Qismət Alıyev 84-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

2015-ci ildən FIFA referisi adını daşıyan isveçli karyerası ərzində beynəlxalq arenada 62 oyun idarə edib. O, bu müddətdə 176 dəfə sarı, 5 dəfə qırmızı vərəqəyə əl atıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.

Futbol
DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

Futbol
KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib