Hakan Safinin ilk böyük bombası: Qrinvud “Fənərbaxça”ya gəlir?

Hakan Safinin ilk böyük bombası: Qrinvud “Fənərbaxça”ya gəlir?

“Fənərbaxça”nın prezidentliyə namizədi Hakan Safi Meyson Qrinvudun transferi üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, Safi ilə ingiltərəli futbolçu arasında görüş keçirilib.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, görüş zamanı Qrinvudun “Fənərbaxça” variantına müsbət yanaşdığı bildirilib.

24 yaşlı hücumçu klubların transfer şərtlərində razılığa gələcəyi halda İstanbul təmsilçisinə keçməyə hazır olduğunu deyib.

Lakin keçidin baş tutması üçün “Fənərbaxça” “Marsel”lə də ortaq məxrəcə gəlməlidir. Fransa klubu oyunçunun haqlarının 60 faizinə sahib olduğu Qrinvud üçün 50 milyon avro tələb edir.

Safinin seçki prosesi fonunda bu transfer məsələsini gündəmdə saxladığı bildirilir.

Qeyd edək ki, 6-7 iyun tarixlərində “Fənərbaxça”da prezident seçkiləri baş tutacaq. Hakan Safinin seçkilərdəki rəqibi Aziz Yıldırım olacaq.