Maldini "Fənərbaxça" üçün İstanbulda: Safi ilə görüşdü
"Fənərbaxça"nın prezidentliyə namizədlərindən Hakan Safi dünyaca məşhur sabiq futbolçu və funksioner Paolo Maldini ilə görüşüb.
Apasport.az xəbər verir ki, bu barədə italyan mütəxəssis şəxsi sosial media hesabında paylaşım edib.
Maldini İstanbulda çox yaxşı vaxt keçirdiyini və Hakan Safi ilə görüşünün məhsuldar baş tutduğunu bildirib.
Safinin futbol ağlını yüksək qiymətləndirdiyini bildirən Paolo, onunla bir sıra yaxşı işlər görəcəyinə inandığını vurğulayıb.
Xatırladaq ki, Hakan Safi prezident seçiləcəyi təqdirdə Paolo Maldininin "Fənərbaxça"nın futbol elçisi olacağını açıqlayıb. Baş tutacaq transferlərin hər birində Maldini ilə məsləhətləşəcəyini bildirən Safi, "Milan"la da sıx əməkdaşlıq edəcəklərini qeyd edib.

https://qelebe.az//uploads/photo/maldini-quotfenerbaxchaquot-uchun-istanbulda-safi-ile-gorushdu.webp