Ronaldodan dubl, "Əl Nəsr" çempion!

Ronaldodan dubl, "Əl Nəsr" çempion!

Səudiyyə Ərəbistanı Pro Liqasında 2025-2026 mövsümünün qalibi bəlli olub. 

QELEBE.AZ xəbər verir ki, son turda "Əl Nəsr" doğma meydanda "Damak"ı qəbul edib. 

Oyun ev sahibi komandanın 4:1 hesablı qələbəsiylə başa çatıb.

Bununla da xallarının sayını 86-ya çatdıran Ronaldonun komandası çempionluğunu rəsmiləşdirib. 

Görüşdə hesabı 35-ci dəqiqədə Sadio Mane açıb. İkinci hissənin əvvəlində Kinqsli Koman komandasının üstünlüyünü 2 topa çatdırıb. 58-ci dəqiqədə “Damak” hesab arasındakı fərqi minimuma endirib. 63-cü dəqiqədə Kriştiano Ronaldo ev sahiblərinin üçüncü qolunu vurub. Ronaldo 81-ci dəqiqədə dublunu rəsmiləşdirib. 

Çempionatın gümüş medallarını 84 xalla "Əl Hilal" qazanıb.