Kadıoğlu ilin oyunçusu seçildi - PREMYER LİQA KLUBUNDA
İngiltərə Premyer Liqası təmsilçisi "Brayton"da ilin oyunçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada Türkiyə millisinin üzvü Ferdi Kadıoğlu layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi azarkeşlərin səsverməsində lider olub.
Qeyd edək ki, "Brayton" Ferdi Kadıoğlunu 2024-cü ildə "Fənərbaxça"dan 30 milyon avro qarşılığında transfer edib. O, bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/kadioglu-ilin-oyunchusu-sechildi-premyer-liqa-klubunda.webp