“Vindzor Kral Atçılıq Şousu - 2026”da Qarabağ atları nümayiş etdirilib - FOTO

“Vindzor Kral Atçılıq Şousu - 2026”da Qarabağ atları nümayiş etdirilib - FOTO

May ayının 14-da Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb.

Azərbaycan Atçılıq Federasiyasından APA-ya verilən məlumata görə, Böyük Britaniyada keçirilən ənənəviVindzor Kral Atçılıq Şousunda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil edilir.

Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.

Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan Arşın mal alan operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunmuşdur. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirib.

Tədbirdə iştirak edən İngiltərə kralı III Charles Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılamış, “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını yüksək maraqla izləyib.

Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılmışdır. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əskər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəhri Kəzım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırmışlar. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, obrazlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 17-dək davam edəcək və “Land of Fire” polo komandasının çıxışı bu gün baş tutacaq.

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

Digər növlər
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ