İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Türkiyə - Norveç oyunu mayın 16-da, Ankaranın "THF İdman Kompleksi"ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.

https://qelebe.az//uploads/photo/isgender-esgerov-turkiye-norvech-oyununa-teyinat-alib.webp