Premyer Liqa: “Turan Tovuz” Qərb derbisinin qalibi olub
Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, azarkeşlər “Turan Tovuz”la “Kəpəz” arasında Qərb derbisinə şahidlik ediblər.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər. “Turan Tovuz”un heyətində 45+4-cü dəqiqədə Runi Eva, 48-ci dəqiqədə isə Xəyal Nəcəfov fərqləniblər. 84-cü dəqiqədə “Kəpəz”in qapıçısı Orxan Sadıqlı birbaşa qırmızı vərəqə aldığından, gəncəlilər son dəqiqələri azlıqda keçiriblər.
Bu qələbə sayəsində xallarının sayını 23-ə yüksəldən “Turan Tovuz” turnir cədvəlinin altıncı pilləsindəki mövqeyini möhkəmlədib. “Kəpəz” isə aktivindəki 14 xalla doqquzuncu yerdədir.
Qeyd edək ki, turun ilk oyununda “Qəbələ” ilə “Neftçi” birincilərin meydanında qolsuz bərabərə qalıblar. Bu gün “Qarabağ” “Sabah”ı qəbul edəcək, fevralın 12-də isə “Səbail”lə “Zirə” və “Sumqayıt”la “Şamaxı” üz-üzə gələcəklər.
“Kəpəz”in futbolçusu Orxan Sadıqlı Premyer Liqanın XXII turunda “Turan Tovuz”la səfər oyununda qırmızı vərəqə alıb.
“Report”un məlumatına görə, qapıçı matçın 84-cü dəqiqəsində rəqibin hücumunu kobudluqla dayandırıb.
“Turan Tovuz”un hücumçusu Natan Oduvaya qarşı sərt oynayan Sadıqlı birbaşa qırmızı vərəqə alıb. Nəticədə məşqçilər korpusu məcburi əvəzləməyə əl ataraq, Fərid Nəbiyevin yerinə ehtiyat qapıçı Mario Mustapiçi mübarizəyə qoşub.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən qarşılaşmada “Turan Tovuz” 2:0 hesabı ilə öndədir.
Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Turan Tovuz” - “Kəpəz” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
“Report”un məlumatına görə, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.
“Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!”, - bannerdəki yazıda qeyd edilib.
Eyni zamanda, Tovuz şəhər stadionunun tribunaları da Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Azərbaycan Premyer Liqasının XXII turunda üz-üzə gələcək “Turan Tovuz” və “Kəpəz”in start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, komandalar Qərb derbisində meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci
Baş məşqçi: Tərlan Əhmədov
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/premyer-liqa-turan-tovuz-qerb-derbisinin-qalibi-olub.webp











