Tramp DÇ-2026 bilet qiymətlərinə etiraz etdi: “Mən o pulu verməzdim”

Tramp DÇ-2026 bilet qiymətlərinə etiraz etdi: “Mən o pulu verməzdim”

"Dünya çempionatının ilk oyununu izləmək üçün 1000 dollar ödəməzdim".

"Apasport"un məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Ölkə başçısı qiymətlərdən xəbərsiz olduğunu söyləyib:

"Biletlərin qiymətlərini bilmirdim. Əlbəttə ki, orada olmaq istərdim. Lakin o pulu verməzdim". 

Xatırladaq ki, "Forbes" jurnalının yazdığına görə, FIFA tərəfindən 155 dollara satılan biletlərin qiyməti vasitəçi saytlarda 1000 dolları keçə bilər. FIFA-nın 8700 dollara satdığı final üçün ən bahalı biletlər üçüncü tərəf saytlarda 57 min dollara çata bilər.

Qeyd edək ki, FIFA Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.