KL: "Şaxtyor" turnirlə vidalaşdı - YENİLƏNİB
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, baş tutan iki görüşdən sonra finalçılar müəyyənləşib.
“Strasburq” öz meydanında “Rayo Valyekano”nu qəbul edib. Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” isə səfərdə “Kristal Pelas”la üz-üzə gəlib. Üç qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
23:00. "Strasburq" (Fransa) – "Rayo Valekano" (İspaniya) 0:1
(İlk oyun - 0:1)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Şaxtyor" (Ukrayna) 2:1
(İlk oyun - 3:1)

https://qelebe.az//uploads/photo/kl-quotshaxtyorquot-turnirle-vidalashdi-yenilenib.webp