Halkın yeni klubu bəlli oldu
Braziliyalı hücumçu Halkın yeni klubu bəlli olub.
QELEBE.AZ xəbər verir ki, "Atletiko Mineyro"dan ayrılan 39 yaşlı forvard "Fluminense" ilə razılığa gəlib.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mümkün transferin detalları isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Halk 2021-ci ilin fevralından “Atletiko Mineyro”nun formasını geyinirdi. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulmuşdu.

https://qelebe.az//uploads/photo/halkin-yeni-klubu-belli-oldu.webp