Havertz Almaniya yolunda: "BAVARİYA" İSTƏYİR
"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Kay Havertzin xidmətində maraqlıdır.
Münhen təmsilçisi transfer üçün "Arsenal"la təmasa keçməyi planlaşdırır.
Almaniya nəhəngi onu Nikolas Ceksonun əvəzləyicisi kimi görür. Çünki kolumbiyalı futbolçu mövsümün sonunda "Çelsi"yə qayıdacaq.
Qeyd edək ki, Havertz bu mövsüm 9 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/havertz-almaniya-yolunda-quotbavariyaquot-isteyir.webp