Yığmamız Avropa Kubokunda Çempion olub
Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
QELEBE.AZ xəbər verir ki, son yarış günündə cüdoçularımız 3 gümüş və 3 bürünc olmaqla 6 medal əldə ediblər.
Sadiq Məmmədov (-73 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) ikinci yeri tutaraq gümüş medala sahib olublar. Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi -81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafata layiq görülüblər.
Xatırladaq ki, daha əvvəl Nihad Ağayev (-50 kq), Fərid Xudiyev (-55 kq) qızıl, İbrahim Talıbov (-55 kq), Sunay Salamova (-40 kq) gümüş, İlkin Qarayev (-66 kq), Pərvin Sevxanlı (-44 kq) və Nərmin Ağamirzəzadə (-52 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, aktivində 2 qızıl, 5 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi turniri 35 ölkə arasında ümumi komanda hesabında üçüncü pillədə başa vurub. Oğlanların mübarizəsində isə yığmamız birinci yeri tutub.

https://qelebe.az//uploads/photo/yigmamiz-avropa-kubokunda-chempion-olub.webp