"Beşiktaş" gözünü kuboka dikib: "Qartallar" yarımfinalda

"Beşiktaş" gözünü kuboka dikib: "Qartallar" yarımfinalda

Türkiyə Kubokunda son yarımfinalçının adına aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, mərhələnin son matçında "Beşiktaş" doğma meydanda "Alanyaspor"u qəbul edib.

Görüş meydan sahiblərinin 3:0-lıq qələbəsiylə nəticələnib.

El Bilal Ture, Hyon Gyu Oh və Orkun Kökçünün qollarıyla inamlı qələbə qazanan "Beşiktaş" yarımfinalda "Konyaspor"a rəqib olub.

Yarımfinal mərhələsinin digər cütündə "Gənclərbirliyi" və "Trabzonspor" qarşılaşacaq.