"Siti" onunla bağlı qərarını verdi
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" müdafiəçisi Con Stons ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, "şəhərlilər" ingilis müdafiəçi ilə yayda yolları ayıracaq.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub oyunçusu ilə yayda başa çatan müqaviləni yeniləməyəcək.
Qeyd edək ki, Cons Stons 2016-cı ildə "Mançester Siti"yə "Everton"dan 55,6 milyon avroya transfer edilib.

https://qelebe.az//uploads/photo/quotsitiquot-onunla-bagli-qerarini-verdi.webp