3 hakim ölkəmizi Avropa Çempionatında təmsil edəcək
20-26 aprel tarixlərində Albaniyada keçiriləcək Avropa Çempionatında Azərbaycanı I-S kateqoriyalı hakimlər Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, təyinat beynəlxalq yarışlarda Azərbaycan hakimlərinə göstərilən etimadın növbəti göstəricisidir.

https://qelebe.az//uploads/photo/3-hakim-olkemizi-avropa-chempionatinda-temsil-edecek.webp