“Gəncə” pley-offa yüksəldi
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda bəlli olub.
QELEBE.AZ xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

https://qelebe.az//uploads/photo/gence-pley-offa-yukseldi.webp