Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar

Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar

Türkiyənin Mersin şəhərində keçiriləcək “Tour of Mersin” beynəlxalq velosiped yarışına start verilir. Reytinqli turnirdə Azərbaycanın velosiped idmanı üzrə yığması da iştirak edəcək.

QELEBE.AZ xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı bu yarışına qlobal səviyyədə geniş tərkibdə iştirakçı qatılacaq.

Yarışda ev sahibi Türkiyə ilə bərabər Azərbaycan, Çin, Böyük Britaniya da daxil olmaqla 20-yə yaxın ölkənin milli yığmaları, eləcə də beynəlxalq klublar yer alacaqlar.

Ölkəmizi bu yarışda Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov təmsil edəcək.

Komandaya baş məşqçi Vladimir Buşanski rəhbərlik edəcək.

Fərqli qitələri təmsil edən velosipedçilər Mersin yollarında həm beynəlxalq reytinq xalları, həm də çempionluq uğrunda gərgin rəqabət aparacaqlar.