Azərbaycan çempionatı: Şərqi Zəngəzur çempion olub
18 yaşadək oğlan voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, həlledici qarşılaşmada Şərqi Zəngəzur Regional Voleybol Klubu Ordu Voleybol Klubu ilə üz-üzə gəlib.
Dilqəm Qəhrəmanovun yetirmələri rəqibini 3:0 hesabı məğlub edərək çempionatın qalibi olublar.
Qeyd edək ki, Şərqi Zəngəzur Regional komandası mövsüm ərzində keçirdiyi 11 rəsmi oyunun hamısında qələbə qazanıb.

https://qelebe.az//uploads/photo/azerbaycan-chempionati-sherqi-zengezur-chempion-olub.webp