Suarez “Liverpul”un hədəfində
"Sportinq"in hücumçusu Luis Suares komandanı tərk edə bilər.
QELEBE.AZ xəbər verir ki, onun İngiltərədə oynamaq ehtimalı yaranıb.
Forvardın xidmətində "Liverpul" maraqlıdır. Bildirilir ki, tərəflər arasında danışıqlar prosesi başlayıb.
28 yaşlı futbolçunun Portuqaliya nəhəngi ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
Qeyd edək ki, o, karyerası ərzində "Qranada", "Leones", "Uotford", "Ximnastik", "Saraqosa", "Marsel", "Almeriya" klublarında oynayıb.

https://qelebe.az//uploads/photo/suarez-liverpulun-hedefinde.webp