“Milan”dan yeni transfer
"Milan" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Partizan"da çıxış edən Andrey Kostiçin keçidini həll edib.
"Qırmızı-qaralar" monteneqrolu forvard üçün Serbiya klubuna 3,5 milyon avro təzminat ödəyəcək. 19 yaşlı hücumçu 1 iyul tarixində "Milan"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Partizan" Andrey Kostiçi mövsümün əvvəlində "Podqoritsa"dan 900 min avroya transfer edib.

https://qelebe.az//uploads/photo/milandan-yeni-transfer.webp