“Sərhədçi” “Sumqayıt”ı məğlub etdi

“Sərhədçi” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümün sonuncu turunda növbəti matç keçirilib.

QELEBE.AZ xəbər verir ki, "Sərhədçi" "Sumqayıt"ı məğlub edib.

Görüş "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Matç meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunun digər iki matçında "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65. "Quba" komandası isə Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.