“Beşiktaş” ispaniyalı müdafiəçi ilə maraqlanır

“Beşiktaş” ispaniyalı müdafiəçi ilə maraqlanır

“Aston Villa”nın müdafiəçisi Pau Torres karyerasını Türkiyədə davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, ispaniyalı oyunçu ilə “Beşiktaş” yaxından maraqlanır.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, “qara qartallar” artıq 29 yaşlı oyunçunun meneceri ilə ilkin danışıqlara start verib.

Qeyd edək ki, Pau Torres bu mövsüm “Aston Villa”nın heyətində 29 rəsmi matçda iştirak edib.