Almaniya millisində itki yaşanıb
Almaniya millisinin heyətində ciddi itki baş verib.
QELEBE.AZ xəbər verir ki, “Bavariya”nın qapıçısı Yonas Urbiq zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qolkiper yığmanın düşərgəsində olarkən sağ dizindən xəsarət alıb.
Qeyd edək ki, Almaniya millisi bu gün yoldaşlıq görüşü çərçivəsində İsveçrə ilə qarşılaşacaq. Komanda 3 gün sonra isə Qana ilə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/almaniya-millisinde-itki-yashanib.webp