Azərbaycan millisinin futbolçusu: "Zəlzələdən sağ çıxdığım üçün özümü şanslı sayıram"

Azərbaycan millisinin futbolçusu: "Zəlzələdən sağ çıxdığım üçün özümü şanslı sayıram"

"Dağıntılar altında qalanlar, ölən və yaralananlar çoxdur. Vəziyyət həqiqətən pisdir. Sağ qaldığım üçün özümü şanslı sayıram. Hələ də şokdan ayıla bilməmişəm".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Adana İdman Yurdu" klubunun qadın futbolçusu Kamilla Məmmədova Türkiyədə baş vermiş zəlzələ barədə danışarkən deyib.

26 yaşlı sol cinah müdafiəçisi bildirib ki, hadisə vaxtı yuxuda olublar: "Yeraltı təknalar səhərə yaxın baş verdi. Adətən gecə oyanan deyiləm. Amma bu dəfə nəsə hiss etdim və qəflətən oyandım. Birinci dolabın qapıları tərpənməyə başladı. Düşündüm ki, yəqin, küləyə görədir. Ona görə fikir vermədim və yenidən yatdım. Sonra daha güclü təkan hiss etdim. Bu vaxt çarpayı yerindən tərpəndi və məni silkələdi. Dərhal yerimdən qalxıb, qızları oyatdım. Otağın divarlarının çat verdiyini gördük. Bütün insanlar çöldə idi. Biz də bayıra qaçdıq".

Onun sözlərinə görə, yeraltı təkanlar cəmi bir neçə saniyə davam etsə də, ciddi dağıntılara səbəb olub: "Bir saat çöldə qaldıqdan sonra qaldığımız klub evinə qayıtdıq. Sonradan yeni təkanlar olsa da, güclü deyildi. Sonuncu təkanı ötən gün günorta saatlarında hiss etdik. İnsanları yenidən çölə çıxardılar. Komandamızın legionerlərini qaldıqları hoteldən bizim yanımıza gətirdilər. Bizdə birmərtəbəli evdir, bina deyil. Ona görə həmin evlərə ciddi ziyan dəymədi. Yaxınlığımızdakı binaların çoxu yerlə yeksan oldu. Şükürlər olsun, komanda yoldaşlarımızdan dağıntılar altında qalan yoxdur".

Şok yaşadığını etiraf edən Məmmədova ilk dəfə belə bir halla üzləşdiyini söyləyib: "Ümumiyyətlə, hamı üçün gözlənilməz oldu. Çünki zəlzələdən öncə hər şey normal idi".

Hazırda Adanada olan futbolçu Azərbaycana qayıtmaq istədiyini vurğulayıb: "Amma hələlik klub tərəfindən qərar verilməyib. Bu gün iclas olmalıdır. Çıxış etdiyimiz Superliqanın bu mövsüm keçirilməməsi gündəmdədir. Belə bir qərar ola bilər. Komandadan ayrılıb-ayrılmayacağım hələ bilinmir. Bu barədə danışmamışıq".

Məmmədova hadisədən dərhal sonra ailə üzvlərinin onunla əlaqə saxladığını bildirib: "Zəlzələnin baş verdiyini xəbərlərdə görüblər. Bəzən vəziyyətlə bağlı burada şəbəkə tutmur. Özlərinə də demişəm ki, zəng çatmasa, narahat olmasınlar".

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 adam həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Skolari məşqçi karyerasını bitirib

Skolari məşqçi karyerasını bitirib

Futbol
“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb