Rəşad Rəsullu: "2028 və 2032-ci illərdəki olimpiadaların heyəti üçün işə indidən başlamışıq"

Rəşad Rəsullu: "2028 və 2032-ci illərdəki olimpiadaların heyəti üçün işə indidən başlamışıq"

"2028-ci və 2032-ci ildəki olimpiadaların heyəti üçün işə indidən başlamışıq".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

Funksioner 2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarından sonra bəzi təcrübəli idmançıların karyeralarını başa vuracağını bildirib: "Ehtiyat qüvvəni indidən formalaşdırmalıyıq. Hazırda hər yaş qrupunun öz proqramı var. Bəzi gəncləri böyüklərin turnirlərində sınayırıq. Hətta elələri var ki, lisenziya qazanmaq üçün mübarizəyə də qoşulublar".

Federasiya rəsmisi Paris olimpiadasındakı hədəflərindən də söz açıb: "Kişilərin mübarizəsində maksimum - 7 lisenziya əldə etmək niyyətindəyik. Qadınlardan ibarət komandamız isə yeni formalaşır. Amma ümid edirik ki, ən azı iki lisenziya qazanılacaq. Sözsüz ki, burada əsas məqsəd medalların əldə edilməsidir".

Rəsullu cüdoçuların sonuncu çıxış etdikləri Parisdəki Böyük Dəbilqə turnirinin yekunlarını də şərh edib: "Nəticəni yaxşı qiymətləndiririk. Ən son 2007-ci ildə belə nəticəmiz olub. 16 il sonra ilk dəfə Parisdə bir dəst medala sahib çıxdıq. Nəzərə alaq ki, komandanın liderləri müxtəlif səbəblərdən bu yarışa qatılmamışdı. Əsas məsələ dünya çempionatında və olimpiadada bu nəticəni təkrarlamaqdır. Rahatlaşmamalıyıq, işləməyə davam etməliyik".

Baş katib Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının Bakıda təşkil olunan məşqçilik sertifikatı proqramını barədə də fikirlərini bölüşüb: "Artıq dünəndən bu proqrama start verilib. İki qrupun hər biri bir həftə seminar keçəcək. Bundan sonra Azərbaycanda ilk dəfə Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının sertifikatına malik məşqçilər olacaq. Azərbaycan Cüdo Federasiyası olaraq təhsilə önəm veririk. Bu, bizim üçün vacib məsələdir. Prosesə ümumilikdə ötən ilin martından başlamışıq. Hazırda bu proqramda 80 məşqçi iştirak edir. Martdan sonra daha 40-50 məşqçinin proqrama qatılacağı gözlənilir. Ölkəmizdə cüdo ixtisası üzrə fəaliyyət bütün mütəxəssislərimizi müəyyən mərhələlərdə bu proqrama cəlb edəcəyik. Bizə dəstək olduğu üçün İJF-yə, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Milli komandanın məşqçiləri də hazırda bugünkü proqrama qatılıblar. Öyrəndiklərini daha sonra yığmada tədbiq edəcəklər".

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub